Qoyun otaran gəncə canavarlar hücum etdi: Vəziyyəti...
Kateqoriya məlum deyil
Ağsu rayonunda gənc oğlan canavarların hücumuna məruz qalıb.
Sfera.az-ın xəbərinə görə, rayon sakini Tural Hüseynli Elabad kəndinin dağlıq ərazisində qoyun otararkən qəflətən canavarlar ona hücum edib. Vəhşi heyvanlar onun bədəninin bir neçə yerini dişləyərək ağır xəsarətlər yetiriblər. Tural Hüseynli Ağsu Mərkəzi rayon Xəstəxanasına aparılıb, quduzluğa qarşı vaksin vurulub. Hazırda müalicəsi davam etdirilir.(Apa)






