Qarabağ Dirçəliş Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə xeyriyyə konserti keçiriləcək
26 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Avrora Qrup”un Baş sponsorluğu ilə xeyriyyə konserti baş tutacaq. Sfera.az xəbər verir ki, konsertdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Samir Cəfərov, Q.Qarayev adına Azərbaycan