Bunları edən qonşular cərimələnə bilərlər - 1000 manatadək...
Bəzən qonşuların bir-birindən hansısa səbəbdən şikayətləndiyinin şahidi oluruq. Məsələn, bina və ya həyət evində saxlanılan heyvanların davranışları, yüksək səsi, və ya evində təmir işləri gedənlərin yaratdığı narahatlıqlar, gec saatlarda dava-dalaş, səs-küy salanlar... Maraqlıdır, insanlar hansı hallarda qonşular barədə şikayətçi ola və ya məhkəməyə müraciət edə bilərlər? Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə