Daşkəsəndə güclü leysan: Körpülər dağıldı, yollar sıradan çıxdı
Daşkəsənə dolu düşüb. Sfera.az- ın APA-ya istinadən məlumatına görə, saat 19 radələrində rayonu ərazisində dolu ilə yanaşı güclü leysan yağışı yağıb. Rayonun Çanaqçı və Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan dəyib. Sel suyu Çanaqçı ilə digər kəndi birləşdirən körpünü tamamilə dağıdıb. Alaxançallı kəndi ərazisində isə sel suyu bir körpünü dağıdıb, kəndlərarası