Həbs olundu, oğlu dünyaya gələndə ağır xəstə yatdı: Onu ruhi xəstəxanadan kim xilas elədi? - FOTO
Xalq artisti Rasim Balayev haqqında 10 maraqlı fakt məlum olub. Sfera.az Kulis.az-ın araşdırmasını təqdim edir: Ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, beş yaşında artıq əlifbanı bilir, altı yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ona görə də, valideynləri qərara gəlirlər ki, Rasimi altı yaşından məktəbə göndərsinlər. Rasim məktəb illərində ədəbiyyat