Milli Qurtuluş Günündən başlayan tarixi Zəfər yolu
Artıq ikinci ildir ki, torpaqlarımızın məhz savaş meydanında işğaldan azad edilməsinin qürurunu yaşayırıq. Bu ali duyğu hər birimizə ona görə mənəvi rahatlıq gətirir ki, onu təkcə fərdi qaydada deyil, millət, xalq olaraq yaşayırıq. Son iki əsrdə ərazisi hissə-hissə işğal edilən və zaman-zaman deportasiyaya məruz qalan xalqımız üçün bu hissin milli-mənəvi əhəmiyyəti həm də ondadır ki, bəzi böyük dövlətlərin tarixən işğalçı Ermənistanın yanında yer almasına baxmayaraq, milli kimliyimizi, milli