Xalq artisti: "Atam mənim xanəndə yox, kolxoz sədri olmağımı istəyirdi" - VİDEO
"Valideynlərimin marağı yox idi, təkanı da olmadı. Onlar mənim xanəndə olmağımı istəmirdilər". Bu sözləri Xalq artisti Zabit Nəbizadə qonaq olduğu "Fatehin divanı" axşam şousunda deyib. Sənətçi bildirib ki, atası onun xanəndə olmağına qarşı çıxıb və özü kimi kolxoz sədri olmasını istəyib: "Kənddə yaşamış insanlar olmuşuq. Mərhum atam hər zaman kənd təsərrüfatında vəzifədə olub. O, aqronom, zootexnik, təsərrüfat briqadiri, kolxoz sədri, kənd sovetində çalışıb. Atam söyləyirdi ki, yanımda qal. O,