Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis ediləcək
Kateqoriya məlum deyil
Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir.
Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbul edərkən deyib.
Dövlət başçısı bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini məmnunluqla vurğulayıb.






