"İllərlə mənə salam verməyiblər" - Məşhur xanəndə
Muğam ifaçısı, Əməkdar artisti, AMEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri Nuriyyə Hüseynova lent.az-a müsahibə verib. Sfera.az həmin müsahibəni təqdim edir: - Nuriyyə xanım, nə zamandan namaz qılırsınız? - 15 il öncə başlamışdım əslində. Sonra tədbirlər, səfərlər səbəbi ilə çatdıra bilmədim, qəzalarım çox yığılırdı. Düşündüm ki, günah edirəm, ya qıl, ya da qılma. Fasilə verdim. Sonra yenidən başladım. Hesab edirəm ki, Allaha olan sevginin, bağlılığın yolu yalnız