Dünyaya səs salan serial Xəzər TV-də yayımlanacaq - VİDEO

Dünyaya səs salan serial Xəzər TV-də yayımlanacaq - VİDEO

Azərbaycan televiziya məkanında ilk dəfə olaraq “Xəzər TV”-nin efirində yapon kinematoqrafçılarının ərsəyə gətirdiyi “Naoki Hanzava” serialının yayımına başlayıb.

 

“Xəzər Media Mərkəzi”nin mətbuat xidmətindən verilən məlumata görə, serial uğurlu bank işçisinin həyat hekayəsindən bəhs edir. Daim irəli gedən gəncin əslində planları başqadır: o atasının intiqamını almaq istəyir. Dünyaşöhrətli bir serialın Azərbaycan teleməkanında efirə çıxmasının tamaşaçıların da ürəyincə olacağına ümid edilir. Ağlasığmaz zəka oyunları, həyəcanlı, mübahisə və mübarizə hissələri ilə bol “Naoki Hanzava” serialı Yaponiyada reytinq fenomenidir.  

 

Bu il Azərbaycan - Yaponiya diplomatik münasibətlərinin 30 illik yubileyidir və bu münasibətlə bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı ətraflı məlumat verən “Xəzər TV" Baş prodüseri Toğrul Məmmədov bildirib ki, Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq müqavilə və lisenziya əsasında həyata keçirilir:

 

“Yaponiyada  lisenziyalar dövlət qurumunda olur və “Japan Foundation” şirkəti bu lisenziyanı o qurumdan 3 illik “Xəzər Media Mərkəzi”nə verilməsini təmin edib.  Bu ilin əvvəllərindən isə bizə göndərilən materialların dublyaj prosesinə başlanılıb”. 

 

Toğrul Məmmədov onu da əlavə edib ki, prosesin asanlaşdırılması üçün  “Naoki Hanzava” serialı dilimizə yapon dilindən deyil, ingilis dilindən tərcümə olunub. 

 

Filmin dublyaj prosesi “Xəzər Media Mərkəzi”ndə Azərbaycanın Xalq artisti Sabir Məmmədov, Emin Nəsirli, Ofeliya Novruzqızı, Məsmə Aslanqızı və başqalarının iştirakı ilə həyata keçirilib.       

 

Yaponiyanın Azərbaycandakı Səfirliyindən “Xəzər Media Mərkəzi”nə təqdim olunan filmlərin arasından müasir bank sektoruna uyğunluğu, korporativ münasibət və etik davranışları əks etdirdiyinə görə “Naoki Hanzava”seçilib: “Yaponlar daha çox öz irs və mədəniyyətlərini əks etdirən filmlərə üstünlük verirlər. Biz “Naoki Hanzava” filmini həm də formatının müasir tələblərə uyğun olduğu üçün seçdik”.

 


OXŞAR XƏBƏRLƏR

"Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq" - AÇIQLAMA

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Te...

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...

Tramp dərmanları bahalaşdıracaq - Yeni tariflər gəlir

ABŞ Prezidenti Donald Tramp əczaçılıq məhsullarının idxalına tətbiq edilən tarifləri artırmağa hazırlaşır. Sfera.az xəbər verir ki, avqustdan etibarən ABŞ-...

Baş nazir büdcə xərclərinin proqram təsnifatına dəyişiklik etdi

“Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı”na dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədo...

İstilər ölüm riskini artırır - Bu ölkədə 1180 nəfər dünyasını dəyişdi

Son iki ayda İspaniyada güclü istilər səbəbindən 1180 nəfər həyatını itirib. Ekologiya Nazirliyi ötən ilin eyni dövrü ilə müqayisədə istilərə görə ölüm sayının ...

8-ci sinif şagirdi vəfat etdi- FOTO

Bərdədə məktəbli qız vəfat edib.   Sfera.az xəbər verir ki, rayonun Yeni Əyricə kənd orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Ağazadə ötən gün dünya...