Zaur Kamal məsələsi böyüyür: “Tərbiyəsizlikdir, ölçü götürülməlidir” - Deputat
“Zaur Kamalın videosuna baxdım və xəcalət çəkdim”. Sfera.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib: “Dərhal yadıma düşdü ki, vaxtilə bu Zaur Kamalın cəzalandırılmasını tələb edəndə televiziya rəhbərliyindən kimsə demişdi ki, onun hər addımı, hər qədəmi bizim üçün puldur. İnsanları özbaşına pul qazanmağa qoysalar, onda həmin insanlar qanunu da pozarlar, etikanı da, ədəb-ərkanı da... Doğrusu, Zaur Kamalın verilişinə çox baxmıram, hərdən