Sabah çimərliklərə getməyə hazırlaşanlara XƏBƏRDARLIQ
İyulun 12-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.