Logo

Bakıdakı yanğın söndürüldü - YENİLƏNDİ

Bakıdakı yanğın söndürüldü - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Sfera.az FHN-ə istinadən xəbər verir.

İlkin məlumata əsasən, təqribən 700 m² sahədə quru ot və ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

***

21:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Sfera.az xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR