“Rep və meyxanaya görə narkomaniyaya meyillənən gənclərin sayı artır” - Aqşin Yenisey
“Bu gün Azərbaycanda rep və meyxana kimi kütləvi küçə “sənətləri” populyarlaşdırılandan sonra ölkədə gənclərin, yeniyetmələrin kütləvi şəkildə narkomaniyaya, küçə xuliqanlığına meyillənməsində acınacaqlı dərəcədə artım müşahidə olunur”. Sfera.az bildirir ki, bunu tanınmış şair, yazar Aqşin Yenisey deyib. O, mövzu barədə fikrini bu cür izah edib: “Vaxtilə xristianlıq kasıblardan, yoxsullardan zənginlərə, imperatorlara yoluxduğu, elitarlaşdığı kimi, bu gün Azərbaycanda kütləviləşən meyxana, rep