Canına qıyan həkimlə bağlı YENİ FAKT - Biznesmen olub... + FOTOLAR

Canına qıyan həkimlə bağlı YENİ FAKT - Biznesmen olub... + FOTOLAR

Lənkəranda tanınmış stomatoloq Müşfiq Bağırovun intiharı ilə bağlı bəzi məlumatlar üzə çıxıb.

 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Xolmilli kəndindən olan M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir.

 

Bildirilir ki, Müşfiq Bağırov stomatoloq fəaliyyəti ilə yanaşı bizneslə də məşğul olub. O, xeyli vaxtdır maşın alveri edirmiş. Həmçinin bu ildən Müşfiq Bağırov Rusiyaya çiyələk göndərilməsi biznesinə də qoşulub. O, Moskvaya dəyəri 200-300 min manat olan çiyələk göndərsə də, ziyan etdiyi və malı qəbul edən tərəfin ödənişləri etmədiyi qeyd edilir.

 

O da məlum olub ki, Müşfiq Bağırov və ailəsi Lənkəranda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, stamotoloq kimi yüzlərlə qazini, şəhid ailəsi üzvünü və tələbəni pulsuz müalicə edib. Bundan başqa, Müşfiq Bağırov Lənkəran şəhərinin mərkəzində yerləşən diş klinikasının önündə xeyriyyə kampaniyası ilə bağlı elanlar da yerləşdiribmiş.

 

Qeyd edək ki, M.Bağırov ötən gün şəhərin “Raypo” adlanan ərazisində özünə məxsus yarımtikilidə intihar edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...