“ANS TV-nin fəaliyyəti bərpa olunmalıdır” – Turan İbrahimov
“Radiotezlik verilməli olan ilk radio məhz “ANS ÇM” olmalıdır. Bu olarsa, tarixi ədalət bərpa olunacaq”. Sfera.az bildirir ki, bunu tanınmış teleaparıcı Turan İbrahimov deyib. O qeyd edib ki, daha sonra mütləq ANS TV-nin fəaliyyəti hansısa formada bərpa olunmalıdır: “Bu, ölkə ictimaiyyətinin ən böyük arzularından biridir. Ümidvaram, ictimai-rəyə bu qədər həssas yanaşıldığı dövrdə, ictimaiyyətin arzusu gözündə qalmayacaq”. Qeyd edək ki, Audiovizual Şura üç radiotezliyi tenderə çıxarıb. ANS