Logo

Bu valideynlərin DİQQƏTİNƏ: oktyabrın 1-dək...

Bu valideynlərin DİQQƏTİNƏ: oktyabrın 1-dək...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-2023-cü tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinə üzürlü səbəbdən elektron qeydiyyatdan keçə bilməyənlər üçün məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyat prosesi oktyabrın 1-dək uzadılıb.

Bu barədə Sfera.az-a idarədən məlumat verilib.

Məktəbəhazırlıq qruplarına və birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir.

Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, "Əlaqə” bölməsi vasitəsilə müraciət etməklə (elektron ərizə əsasında) aparılır.

Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər.

Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qeydiyyat prosesi //mektebeqebul.edu.az/ elektron portalı vasitəsilə aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR