Sabah 4 rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ
Sabah Azərbaycanın 4 rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar, sentyabrın 23-də saat 09:00-dan etibarən işlər başa çatanadək “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex”, “Balakən” QPS-lərdən və