“Oğlumu gözləri götürmür” - Bıçaqlanan məktəblinin atası
Xəbər verdiyimiz kimi İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Fətəliyev Nihat Mübariz oğlunu bıçaqlayıb. Sfera.az xəbər verir ki, hadisə ilə bağlı Modern.az-a danışan zərərçəkənin atası Mübariz Fətəliyev bildirib ki, bıçaqlanma söyüş üstündə olub. "Oğlum idmançıdır,