“Regionlarda mobil danışıq qiymətləri dəyişəcək” – Osman Gündüz

“Regionlarda mobil danışıq qiymətləri dəyişəcək” – Osman Gündüz

“2022-ci ilin avqustunda Azərbaycanın radiotezlik sektorunda əhəmiyyətli bir hadisə baş verdi. Radiotezliklərdən istifadə tariflərinin müəyyən edilməsi səlahiyyəti Prezidentin fərmanı əsasında Tarif Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verildi. Nazirlik də dərhal, elə bir neçə gün öncə beynəlxalq tendensiyanı nəzərə almaqla radiotezliklərdən istifadə üzrə tariflərin hesablanması üçün yeni Metodika hazırlayıb.Yeni Metodikaya görə tariflər daha çox bəlli bir tezlik zolağında işləyəcək avadanlıqlar və ya texnologioyalar üzrə, radiotezliyin əhəmiyyətlilik dərəcəsi, radiotezlik zolaqlarının genişliyi və sayı, həmçinin də radiotezliyin istifadə olunacağı ərazi nəzərə almaqla müəyyən ediləcək”.

 

Sfera.az xəbər verir ki, bunu radiotezliklərin qiymətlərinin müəyyənləşdirilməsi qaydasındakı dəyişiklikləri şərh edərkən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib. 

 

O.Gündüz qeyd edib ki, artıq regionlarda və Qarabağda istifadə ediləcək radiotezliklərin qiyməti ilə Bakı və Abşeronda istifadə arasında kəskin fərq olacaq:

 

“Bununla da regionlarda mobil rabitənin inkişafı üçün daha münbit şərait yaradılacaq.Bahalı radiotezlikləri istifadəsiz və səmərəsiz saxlamaq heç kimə sərf etməyəcək.
Digər radioxidmətlərin zəbt etdiyi faydalı tezlik zolaqları, 5G üçün gərəkli olan tezliklər sərbəstləşəcək. Düşünürəm ki, yeni tariflər, tezliklərdən daha effektiv və səmərəli istifadəni və yeni texnologiyalardan istifadəni stimullaşdıracaq, dövlətə məxsus olan və məhdud olan tezlik resurslarının daha ədalətli formada tənzimlənməsinə şərait yaradacaq.Eyni zamanda, düşünürəm ki, hökumət, nazirlik, bu sektoru idarə etməli olan tənzimləyici qurumun, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin formalaşmasını da tezliklə başa çatdırmalıdır”.


 
Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR