Nazirlik Bakı üçün faciəvi statistika açıqladı – Sən demə...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün yayılan məlumatına görə, Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır. Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı Rövşən Ağayev bildirib ki, sözügedən rəqəm ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı göstəricidir və ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil: “Müqayisə üçün deyim ki, bu göstərici İstanbulda 2.2%, Tokioda 7,5%, Parisdə 9.5%, Berlində 14,4%, Nyu-Yorkda