Logo

Kəlbəcər və Daşkəsəndə 230 mina zərərsizləşdirildi

Kəlbəcər və Daşkəsəndə 230 mina zərərsizləşdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

MN-dən Sfera.az-a verilən məlumata görə, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.

Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR