Abşeronda şəhid ailələri ziyarət edildi - FOTOLAR
Abşeron rayonunda Vətən müharibəsi şəhidi Veysəl Musibovun, tibb xidməti leytenantı Turqut Xəlilbəylinin, əsgər Nurlan Ağakişiyevin, Cəbrayıl Dövlətzadənin, Rahid Sadıxovun anım günləri qeyd edilib. “Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət edib. Abşeron Rayon İcra Hakimiyyəti