“O, Honk Konqda dünyasını dəyişib, bilmirəm orada dəfn olunacaq, ya Azərbaycanda...”
“Ruhəngiz çıxıb getdi, heç bizimlə sağollaşmadı da. Sonra iki dəfə ona zəng etdim, cavab da vermədi. Təxminən 20 gün öncə qızının yanına Honkonqa getmişdi. İndi bilmirəm Honkonqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq onu bilirəm ki, Azərbaycanda deyil”. Sfera.az xəbər verir ki, bunu Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova deyib. O, daha sonra əlavə edib. “Bilmirəm, qızının yanından gətirilib burada dəfn olunacaq, ya yox. Çünki ordan bura gətirmək böyük xərc tələb edir.