Bayramovdan Ağdamdakı partlayışa: Minalara son!
Kateqoriya məlum deyil
Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tvitter hesabında yazıb.
“Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı (daha sonra daha bir nəfərin xəsarət aldığı bildirilib - red.) mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, - Bayramov qeyd edib.






