Bu il Azərbaycana ən çox hansı ölkənin vətəndaşları gəlib? - STATİSTİKA
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 1,162 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitənin məlumatına görə, ziyarətçilərin ümumi sayının 26,6 faizi Rusiyadan, 19,6 faizi Türkiyədən, 11 faizi İrandan, 7,4 faizi Səudiyyə Ərəbistanından, 4,8 faizi Gürcüstandan, 3,2 faizi Pakistandan, 3,1 faizi Hindistandan gəlib. 2,3 faiz - BƏƏ,