Bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin iyunun 14-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır. Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Düşən yağıntının miqdarı Şahbuzda 15, Qaxda 13, Balakəndə 9, Gədəbəydə 7, Daşkəsəndə 6, Zaqatala, Ağdamda 5, Naxçıvan, Şəkidə 4, Bərdə, Şərur, Şəmkir, Xaltanda 3, Naftalan,