General Ordunun şəxsi heyətinə müraciət etdi
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbçi və mülki işçilərə təbrik ünvanlayıb. Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər. Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər