Hansı yeməkləri bir neçə gün saxlamaq olar? - Xanımlara bayram TÖVSİYƏSİ

Hansı yeməkləri bir neçə gün saxlamaq olar? - Xanımlara bayram TÖVSİYƏSİ

Əksər hallarda bayram günlərində hazırlanan yemək və şirniyyatları bir neçə gün istehlak edirik. Bu isə bəzən zəhərlənmə və bu kimi digər mənfi hallarla nəticələnir.

 

Maraqlıdır, bayram günlərində hansı yeməkləri bir neçə gün saxlamaq və daha sonra istehlak etmək olar? 

 

Məsələ ilə bağlı Sfera.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov bayram günlərində qonaq sayına uyğun yeməyin hazırlanmasının daha uyğun olduğunu deyib:

 

"Bayramlarda hər kəsin qida rasionunu bilərək salat və yeməklər hazırlamaq lazımdır. Yəni saya uyğun olaraq qida məhsulları hazırlanmalıdır. Qaymaqdan, kremsiz və yumurtadan hazırlanmayan şirniyyatların ömrü uzun olur. 

 

Mayonezdən hazırlanan məhsullar, toyuq, balıq və ət məhsullarının yeyilməzdən yarım saat əvvəl süfrəyə qoyulması lazımdır. İsti yeməklər isə adından da göründüyü kimi isti şəkildə təqdim olunmalıdır. Yəni hazırlanmış yeməklər saatlarla otaq temperaturunda stolun üzərində saxlanılıb istehlak olunmamalıdır". 

 

Ekspert bəzi qida məhsullarının süfrədə iki saatdan çox saxlamamalı olduğumuzu deyib:

 

"Süfrədə iki saatdan çox qalan məhsulları isə sabaha saxlayıb yemək olmaz. Bu hal istisana olmaqla isə qidaları paslanmayan qabda, yaxud şüşə qablarda və s. növbəti gün üçün saxlamaq olar. Həmin məhsullar yaxşı olardı ki, 48 saata istehlak edilsin, lakin bu müddət 72 saat da ola bilər. Amma nəzərə alsaq ki, soyuducu gün ərzində dəfələrlər açılıb-örtülür, o zaman bu müddəti 48 saat tutmaq lazımdır". 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...