Azərbaycanda gözlənilən hava AÇIQLANDI: "Yanvarın 12-dən..."
Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 12-si səhərədək ölkə ərazisində yağıntılı və qarlı hava şəraiti davam edib, bəzi rayonlarda intensiv olub. Direktor bildirib ki, qar örtüyünün hündürlüyü hazırda Lerikdə 35, Altıağacda 32, Xaçmazda 24, Quba, Şamaxı, Xaltanda 19,