Talıbovdan sonra Naxçıvanda bu ödəniş üsulu BƏRPA OLUNDU

Talıbovdan sonra Naxçıvanda bu ödəniş üsulu BƏRPA OLUNDU

Naxçıvanda terminallarda elektrik enerjisinin istehlakına görə ödənişlərin edilməsi bərpa olunub.

 

Sfera.az xəbər verir ki, Naxçıvanda ödəniş terminallarından digər ödənişləri həyata keçirmək mümkün olsa da, smart kart tipli sayğaclar üçün elektrik və təbii qaz yükləmək mümkün olmurdu.

 

Bu isə abunəçilər üçün çətinliklər yaradırdı. Məsələ ictimailəşəndən sonra aidiyyəti qurumlar sakinlərin narazılığına səbəb olan həmin problemlərin aradan qaldırılmasına başlayıblar.

 

Artıq Naxçıvan şəhərindəki ödəniş terminalları vasitəsilə öncədən ödənişli elektrik kartlarını yükləmək mümkündür. Lakin mavi yanacağa görə ödənişlər hələ də mümkün deyil.

 

Məsələ ilə bağlı “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, energetika xidmətinə aid ödənişlər termiallara yenidən inteqrasiya olub, təbii qazdan istifadəyə görə ödənişlərlə bağlı isə işlər davam edir. Bildirilib ki, məsələ qısa zamanda öz həllini tapacaq. ("Report")


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...