"Əkrəmi AYB-yə mən katib gətirdim, amma əleyhimə qiyam hazırladı" - Yazıçı Anardan ŞOK AÇIQLAMA
“Mən heç kimə pislik etməmişəm. Amma çörəyimin duzu yoxdur. Heç bir yaxşılıq etmədiyim adamlar heç vaxt mənim əleyhimə olmayıblar. Amma o adamlara ki, yaxşılıq etmişəm, birinci növbədə onların bir qismi nankorluq edib…” Sfera.az xəbər verir ki, bu sözləri Kulis.az-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib. Anarın bu fikirləri həmkarı Əkrəm Əylisli haqda deyib-deməməsi haqda suala isə o, belə cavab verib: “Bu, Əkrəm deyil. Əkrəm heç olmasa, yazıçıdır.