“BakıKart” bunu asanlıqla tətbiq edə bilər, amma..." - İctimai nəqliyyatda niyə aylıq abunəli tarifə keçilmir?
“Bütün dünya neçə ildir, abunə üsuluna keçib, hətta avtomobildəki opsiyalar da abunə ilə satılır. ABŞ-da UBER də abunə təklif edir. Amma bizdə hələ də tətbiq edilmir”. Sfera.az bildirir ki, bunu Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının kommunikasiya direktoru Ramin Musayev deyib. O, qeyd edib ki, gediş haqqının 10 qəpik artması ondan istifadə edənlərinin büdcəsinə ciddi təsir edəcək: “Vətəndaş orta hesabla səhər işə, axşam evə gedib-gəlirsə, aya 6 manat əlavə xərc olacaq, 2 marşrut