Azərbaycanın bu regionlarında zəlzələ riski daha yüksəkdir - SİYAHI

Azərbaycanın bu regionlarında zəlzələ riski daha yüksəkdir - SİYAHI

Türkiyənin 10 regionunda 7,4 bal gücündə baş verən zəlzələ bu cür təbii fəlakətlərə hazır olmağın vacibliyini bir daha təsdiqləmiş oldu. 


Sfera.az xəbər verir ki, zəlzələ riskini nəzərə alaraq, zəlzələ ocaqlarına düşən ərazilərdə tikilən binaların möhkəmliyinə, zəlzələyə davamlılığına xüsusi diqqət ayrılmalıdır. 


Azərbaycan da yüksək zəlzələ riski olan ölkələrdəndir. Ölkə ərazisi 7 ballıq zəlzələ regionu hesab edilir. Bəzi ərazilərdə isə daha yüksək ballı zəlzələ riski var. Abşeron yarımadası, Dağlıq Şirvan (xüsusilə Şamaxı), Şəki-Zaqatala zonası 8 ballıq zəlzələ rayonuna aid edilir. 


Bakı üçün ən böyük təhlükəni Xəzər dənizindəki zəlzələ ocaqları yaradır. Müasir dövrdə Azərbaycanda ən güclü zəlzələ də məhz Xəzər dənizində baş verib. 2000-ci il noyabrın 25-də baş verən həmin zəlzələ paytaxtda 6,8 bal gücündə hiss edilib. Zəlzələ nəticəsində ciddi dağıntı olmayıb, yalnız 30 nəfər dünyasını dəyişib. 


2000-ci ildəki güclü zəlzələdə dağıntıların çox olmaması o zaman qədər tikilən binaların möhkəm olması ilə izah edilir. 


Ekspert qiymətləndirməsinə görə, tikintidə çatlar çox olduqda, binaların zirzəmilərində, tikilinin konstruksiyasına dəyişiklik edildikdə, zirzəmi və özüllər nəmin və suyun davamlı təsirinə məruz qaldıqda həmin binaların zəlzələlərə davamlılığı azalır, eyni gücə malik olan növbəti zəlzələlərdə bu cür tikililərdə dağıntı daha güclü olur. 
Buna görə də, zəlzələ ocaqlarına düşən ərazilərdə sadəcə yeni tikililərin tələblərə uyğunluğuna diqqət ayrılmamalı, həm də mövcud tikililərin istismar vəziyyətinə də nəzarət olmalıdır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...