Azərbaycanda bu şəxslər iki min manatdan çox maaş alır
2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2 059 manata çatıb. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olmuşdur. Onların 31,4 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 7,6 faizi inzibati vəzifələrin ali–3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifat, 12,4 faizi 5-ci təsnifat, 8,7 faizi 6-cı təsnifat, 44,2 faizi 7-ci