Logo

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah bəzi ərazilərdə qaz olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional

Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan etibarən işlər başa çatana qədər Goranboy rayonunun Hazırəhmədli kəndi və Samux rayonunun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Qeyd olunub ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR