Əməkdar artistdən Rövşanəyə SƏRT CAVAB: "Başından böyük qələt etmək düzgündür?"
Əməkdar artist İlkin Əhmədov onu efirə buraxmayan Rövşanə Bektaşini sərt tənqid edib. Sfera.az xəbər verir ki, o, OLAY-a özəl açıqlamasında bu fikirləri səsləndirib: “Buraxmadı da, neyləyim? Bir az gecikmişdim, Məni verilişə saat 09:00-da çağırmışdılar. Səhər tezdən tıxac olduğu üçün verilişə 25 dəqiqə gecikdim. Dedi ki, efirə buraxmıram. Mən də sakitcə dedim ki, lap yaxşı. O, qadındır da, danışsın. Mən ona nə deyəcəyəm? Xalqın adından danışmasın. Özünə qarşı bunu hörmətsizlik hesab edə bilər.