ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi” başlandı!

ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi” başlandı!

ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində növbəti “Karyera Həftəsi”nə start verilib. Aprelin 19-a qədər davam edəcək “Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.

 

ABB-dən Sfera.az-a verilən məlumata görə, ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.

 

“Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib. O, özünün təhsil, karyera və fərdi inkişaf təcrübəsini tələbələrlə bölüşüb. Uğur qazanmaq üçün gəncləri qarşılarına böyük hədəflər qoymağa və hər gün məqsədlərinə doğru ardıcıl addımlar atmağa çağırıb: “Özünəinamın gücü, sevdiyiniz işlə məşğul olmaq və daim öyrənərək dəyişmək sizi mütləq hədəflərinizə çatdıracaq. ADA Universiteti ilə birgə təşkil etdiyimiz bu “Karyera Həftəsi” kimi tədbirlərin də gələcəyiniz üçün nə qədər böyük fürsətlər olduğunu vurğulamaq istərdim. Belə tədbirlər tələbələrə gələcək karyeraları üçün çox faydalı biliklər qazandırır, bir çox zəruri bacarıqlarını inkişaf etdirir, müxtəlif qurumlardan olan peşəkarlarla işgüzar əlaqələr qurmaq imkanı yaradır. Belə tədbirlərə dəstəyimizlə istedadlı gənclərimizə yeni imkanlar yaratmaqdan ABB olaraq qürur duyuruq”.

 

ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr qarşıdakı günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...