Xalq artisti: "Mədəniyyət nazirini bu gözəl təşəbbüsünə görə ürəkdən təbrik edirəm"
Xalqın milli-mənəvi dəyərləri onun birliyindən başlayır. Əgər bizdə vətənpərvərlik, milli-mənəvi dəyərə, folklora, etnoqrafiyaya, tətbiqi sənət nümunələrinə az-çox məhəbbətimiz varsa, bütün çətinliklərin öhdəsindən gəlmək asan olur. Bu istiqamətdə hər kəs özündən başlamalıdır. Bu, hər kəsin mənəvi ölçüləridir. Çünki üç müqəddəs dəyər var, onun biri xalqdır, biri Vətəndir, digəri isə müstəqilliyimizdir. Bu dəyəri hər kəs içində yaşada bilsə, hər bir çətinliyin öhdəsindən gəlmək mümkün olacaq.