Bölgələrdə yağış yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin faktiki hava ilə bağlı yaydığı məlumatda bildirilir. Yağan yağıntının miqdarı: Göytəpədə (Cəlilabad) 23 mm, Ağdamda 13 mm, Daşkəsəndə 10 mm, Şahdağda 9 mm, Qaxda 7 mm, Culfa, Ordubadda 6 mm, Xaltan, Gədəbəy, Balakən, Şəki, Qusar, Qrız, Gəncə, İsmayıllı,