Hacı Şahinin qızı “Məşədi Dadaş”ı tərk etdi: “Nə etmək olar...”
"Uşaqlığımın, gəncliyimin, bütün xoş xatirələrimin üzünə qapını bağlayıb çıxdıq bu gün”. Sfera.az xəbər verir ki, bu sözləri mərhum ilahiyyatçı, "Məşədi Dadaş" məscidinin sabiq axundu Hacı Şahin Həsənlinin qızı bildirib. “Ürəyimdə deyilməli sözüm çoxdur, amma bəzən sözlər də hissləri ifadə etməyə kifayət etmir. Məni yetişdirən bu məscid o qədər doğma və əzizdir ki... Hələ çox uşaq vaxtımdan məsciddəki məclislərə necə həvəslə getdiyim vaxtlar, yaşımız az olduğu üçün xütbələri dərk etməsək də,