Bəzi rayonlarda şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
İyunun 20-si axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Quba, Qusar, Yevlax, Tərtər, Yardımlı, Lənkəran və Astara rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, leysan yağışlar nəticəsində Göygöl rayonunun Sarısu kəndində Vegen çayından, Goranboy rayonu ərazisində yerləşən Gorançay və Göl qəsəbəsindən sel keçib. Axşam