Sevinc Telmanqızı  Bəhram Bağırzadəni topa tutdu - VİDEO

Sevinc Telmanqızı  Bəhram Bağırzadəni topa tutdu - VİDEO

Əməkdar artist Bəhram Bağırzadə qatıldığı toy məclislərinin birində etdiyi hərəkətlə gündəmə gəlib.

 

Sfera.az xəbər verir ki, o, rəqs edərkən fit çalmağa başlayıb. Aktyorun bu hərəkəti birmənalı qarşılanmayıb.

 

Sosial şəbəkə istifadəçiləri vaxtilə B.Bağırzadənin verdiyi "kəndli, şəhərli" açıqlamalarını xatırladıblar.

 

Videonun şərh hissəsində "guya şəhər mədəniyyətini təmsil edir", "müəllim şəhər uşağıdır, kəndli olan bizi bəyənmir", "mən kənd uşağıyam, amma bu yaşda heç vaxt toyda gombul barmaqlarımı ağzıma salıb fit çalmaram", "rayonlular restoranda səs-küy salır" deyən bu deyildi?" və s. sözlər yazılıb.

 

Tanınmış jurnalist Sevinc Telmanqızı da Bəhram Bağırzadənin videosuna münasibət bildirib. 

 

Qeyd edək ki, daha əvvəl B.Bağırzadə rayondan gələn insanların ucadan danışdığını deyərək onlara irad tutmuşdu.

 

Sevinc Telmanqızı bildirib ki, etiket qaydalarına görə, fit çalınmaz. Nə küçədə, nə də məclisdə.

 

"Ancaq bu futbolda, azarkeşlər səviyyəsində oluna biləcək bir hərəkətdir... Bəhram Bağırzadəyə səslənirəm ki, futbolda, küçədə edə biləcəklərinizi toyxanada etməyin. Çünki orda bəy, gəlin, yaşlı insanlar var... Fərqli  görünmək üçün əndazəni aşmaq lazım deyil. Gülməli görünmək üçün özünü hörmətdən salamağa da ehtiyac yoxdur."

 

Aparıcı hətta bildirib ki, B.Bağırzadəinin "Onlar hətta restoranda çox ucadan danışırlar. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz", - deyə o söyləmişdi.

 

Ətraflı videoda baxa bilərsiz:

 

Gülər

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR