Qeyri-sabit hava şəraiti bu tarixdən normallaşacaq
"Bu gün hidrometeoroloji stansiyalardan əldə edilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub". Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Sfera.az-a bildirib ki, ən çox yağıntı adətən yayda quraq hava ilə səciyyələnən Bərdəyə düşüb. Onun sözlərinə görə, bir neçə saat ərzində həmin rayonda aylıq normanın 114 faizi qeydə alınıb: "Digər rayonlara gəlincə, Qaxda aylıq