Logo

"Çoxmərtəbəli binada liftin qırılması ilə bağlı araşdırma aparılır" - Prokurorluq

"Çoxmərtəbəli binada liftin qırılması ilə bağlı araşdırma aparılır" - Prokurorluq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

“Hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək. Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, məlumatda deyilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR