Azərbaycan internetin sürətinə görə üç pillə gerilədi
Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 29,47 Mb/s sürətlə 116-cı yerdə qərarlaşıb. Sfera.az Report-a istinadən xəbər verir ki, bu, may və aprel ayı ilə müqayisədə dəyişiklik olmamasını göstərir. Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,29 Mb/s), sonuncu yeri isə Kuba (1,96 Mb/s) tutub. Məlumata görə, ölkəmiz iyunda mobil internetin sürətinə görə 140 ölkə arasında 40,39 Mb/s sürətlə 59-cu yerdə qərarlaşıb.