Logo

Magistraturaya elektron sənəd qəbuluna start verilir

Magistraturaya elektron sənəd qəbuluna start verilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

21 iyul saat 11:00-dan ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesinə start verilir.

Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilər //portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat prosesi 31 iyul saat 18:00-da yekunlaşacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR