Azərbaycanda yoxsulluq səviyyəsi AZALIR - Ən çox kasıb bu yerlərdə yaşayır
2022-ci ilin yekunlarına əsasən, Azərbaycanda yoxsulluq səviyyəsi 5,9 faizdən 5,5 faizə düşüb. Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il yoxsulluq həddi isə 204,7 manatdan 229,6 manata yüksəlib. 2022-ci ildə Azərbaycanda əhalinin orta sayının 10,095 milyon nəfər olduğunu nəzərə alsaq, məlum olur ki, ötən il əhalinin 555 min nəfərdən bir qədər çoxu yoxsul olub. 2021-ci ildə yoxsul əhalinin sayı 590 mindən çox idi. Son illərdə ən yüksək yoxsulluq səviyyəsi 2020-ci