Daha 47 nəfər dövlət xətti ilə xaricdə oxuyacaq

Daha 47 nəfər dövlət xətti ilə xaricdə oxuyacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub.

 

Sfera.az xəbər verir ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticəsi üzrə 47 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.

 

Beləliklə, 2023–2024-cü tədris ili üçün “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu xarici ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan vətəndaşı təhsil almaq hüququ qazanıb.

 

Proqram iştirakçılarından 48 nəfəri bu il üzrə dünyanın 10 ən yaxşı universitetindən qəbul alıb. Onlardan 9 nəfəri "Harvard University", 2 nəfəri "Massachusetts Institute of Technology", 2 nəfəri “University of Oxford”, 8 nəfəri "Imperial College London", 2 nəfəri “ETH Zurich” və digər universitetlərdə təhsil almaq hüququ qazanıb.


OXŞAR XƏBƏRLƏR

Alimlər Yer kürəsindəki dillərin 40%-dən çoxunun "yoxa çıxa" biləcəyini aşkar ediblər

Avstraliya Milli Universitetinin (ANU) alimləri dünyanın böyük dilin yox olması təhlükəsi ilə üz-üzə olduğunu aşkar ediblər. Sfera.az bildirir ki, araşdırm...

Meşənin ortasında inanılmaz tapıntılara rast gəldi - FOTOLAR

ABŞ-ın Ohayo ştatında Uill adlı gənc meşədə gəzərkən dəhşətli bir şeylə rastlaşıb. Sfera.az bildirir ki, Uillin hekayəsi böyük səs-küyə səbəb olub. Oğlan öz ...

Tanınmış vəkil vəfat etdi -FOTO

Vəkillər Kollegiyasının üzvü Rüstəm Zülfüqarov vəfat edib.   Sfera.az-ın məlumatına görə, tanınmış vəkil  uzun sürən xəstəlik səbəbindən ötən gü...

Şok edici kəşf: Alimlər Kleopatranın bacısının qalıqları haqqında həqiqəti ortaya qoyub

Tədqiqatçılar qrupu Türkiyənin Efes şəhərinin qədim xarabalıqları arasında təxminən bir əsr əvvəl tapılan sirli kəlləni araşdırmaq üçün geri qayıdıb. Sfera.a...

Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...

Son vaxtlar Çində başlayaraq bütün dünyaya yayılan HMPV virusu narahatlıq doğurmağa davam edir. Elm adamları virusun qeyri-adi simptomlarından birini müəyyən ed...

Qadın saxta Bred Pitt üçün ərini tərk edib və 830 min avro itirib - FOTO

Fransız qadın Anna özünü Bred Pitt kimi təqdim edən fırıldaqçının qurbanı olub. Sfera.az xəbər verir ki, bu barədə HLN məlumat yayıb. 53 yaşlı Anna 2023-c...