Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVA
Avqustun 29-na olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1 mm-dək, Gəncədə 6 mm, Daşkəsəndə 5 mm, Gədəbəy, Qobustan, Şahbuz, Göygöl, Göyçay, Naxçıvan, Naftalan, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Kürdəmir, Ağdam, Bərdə,